Politicians and Election, Vote in Freedom, Actively Participate in Democracy, Vote for Change, Online referendum
Ali Karimli

Əli Kərimlinin seçki planları

Ali Karimli 78%

AXCP sədri Əli Kərimli seçkiöncəsi planlarından, müxalif siyasilərə edilən basqılardan danışdı, mətbuatda onun barəsində yazılanlara münasibət bildirdi.

 

«Biz həm seçkilərlə bağlı fəaliyyətimizi, həm də ölkədə demokratik qüvvələrin təmərküzləşməsi istiqamətində məsləhətləşmələrimizi davam etdiririk. Eyni zamanda, kütləvi etiraz aksiyaları üçün də hazırlıqlarımızı davam etdiririk. Yanaşmamız belədir ki, Azərbaycanda normal seçki mühiti yoxdur. Mövcud seçki məcəlləsi, seçki komissiyaları, real şərait, Azərbaycan hökumətinin seçkilərə yanaşması heç bir təminat vermir ki, indiki qaydada hər şeyin davam edəcəyi təqdirdə ölkədə demokratik seçki olsun. Ona görə də xüsusi əlahiddə işlər görülməlidir. Biz hesab etmirik ki, Azərbaycanda seçkinin taleyi şablon qaydada həll olunmalıdır - bütün iddialılar namizədliyini irəli sürməli, müəyyən seçki kampaniyası aparmalı, obyektiv seçki komissiyaları da onların arasında arbitr olub, ən güclünü qalib elan etməlidir. Bu düstur Azərbaycanda işləmir. Biz hesab edirik ki, bütün səylər yönəlməlidir seçki mühitinin dəyişməsinə, demokratik seçki şəraitinin yaradılmasına, bu şəraitin hökumətin tam inhisarından çıxarılmasına. Bütövlükdə dəyişiklik istəyən demokratik cəbhə bir araya gəlib bir güc yaratmalıdır. Yalnız belə bir böyük. birlik Azərbaycan xalqına o mesajı verə bilər ki, kütləvi şəkildə aktivləşmək və seçki mübarizəsinə qoşulmaq lazımdır...».

 

Daha ətraflı: Azadliq Radiosu (20.02.2013)


cici -
Flag it!no spam

ElectionsMeter is not responsible for the content of the text. Please refer always to the author. Every text published on ElectionsMeter should include original name of the author and reference to the original source. Users are obliged to follow notice of copyright infringement. Please read carefully policy of the site.

Back to poll: > Azerbaijan > Politicians > Ali Karimli
 
load menu